Rusiyanın Anqarsk şəhərinin sakini, sabiq polis zabiti Mixail Popkova qarşı yekun ittiham irəli sürülüb.
Mynews.az İTAR-TASS-a istinadən bildirir ki, Rusiya İstintaq Komitəsinin yaydığı məlumata görə, M.Popkov daha 60 qadını xüsusi amansızlıqla qətlə yetirməkdə suçlanıb.
Ümumiyyətlə isə o, 20 il ərzində İrkutsk vilayətinin ərazisində 16-40 yaşlı 84 qadını qətlə yetirib. Qadınların sosial statusları və cəmiyyətdəki mövqeləri fərqli olub.
Manyak qurbanlarını zorlayandan sonra işgəncələrə məruz qoyaraq öldürüb.
Cinayət işinin materialları sabah M.Popkova və onun vəkilinə təqdim olunacaq. Bundan sonra manyakın məhkəməsi başlanacaq.
Sabiq polis zabitinin qətlə yetirdiyi qadınların cəsədləri yol kənarlarında, meşəlik massivlərdə tapılıb.
1998-ci ildə hüquq-mühafizə orqanlarını tərk edən M.Popkva boru zavodunda çalışıb, sonra avtomobil satışları ilə məşğul olub.
O, 2012-ci ildə Vladivostok şəhərində tutulub.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub