Avstraliya hökuməti təhlükəsizlik səbəbindən Tehrandakı səfirliyini Azərbaycana köçürmək qərarını verib.
Mynews.az xəbər verir ki, bununla bağlı Avstraliyanın xarici işlər naziri Penni Vonq açıqlama verib.
O bildirib ki, İsrail-İran münaqişəsi səbəbindən diplomatların və ailələrinin təhlükəsizliyini təmin etmək üçün belə bir qərar verilib.
Vonq qeyd edib ki, vətəndaşlarının təxliyəsinə dəstək göstərmək üçün Avstraliya hökuməti Azərbaycana böhran qrupu göndərəcək.
Qeyd edək ki, bundan əvvəl Macarıstan və Bolqarıstan səfirliklərini Azərbaycana köçürüb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub