Moskvanın Tversk məhkəməsi müxalifətçi Alkesey Navalnını paytaxtın mərkəzində razılaşdırılmamış mitinqin təşkilində təqsirkar bilərək 20 min rubl həcmində cərimə edib.
Mynews.az bu barədə TASS-a istinadən xəbər verir.
Navalnı özü iclasda bəyan edib ki, onun təşkil etdiyi korrupsiya əleyhinə aksiya qanunidir və Konstitusiya Məhkəməsinin qərarına müvafiqdir.
“Biz Moskva hökumətinə aksiyanın razılaşdırılması üçün müraciət etdik. Qanuna uyğun olaraq üç gün ərzində bizə icazə verilməli və ya aksiyanın keçirilməsi üçün alternativ yer təklif edilməli idi. Bu isə baş vermədi, bu səbəbdən də Konstitusiya Məhkəməsinin qərarına uyğun olaraq biz aksiyanı əvvəlcədən bildirdiyimiz yerdə keçirmə hüququna sahib idik”, - o deyib.
Müxalifətçini martın 26-da Moskvanın mərkəzində korrupsiya əleyhinə razılaşdırılmamış mitinqə gəldiyindən bir neçə dəqiqə sonra həbs ediblər.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub