Venesuelada 25 yaşlı TikTok fenomeni Jesus Sarmiento canlı yayım zamanı evinə silahlı basqın zamanı güllələnərək öldürülüb.
Mynews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə gənc oğlanın TikTok-da bəzi yüksək rütbəli dövlət məmurlarını və dəstə liderlərini adlarını çəkərək onu zorla həbs etməkdə ittiham etməsindən qısa müddət sonra baş verib.
O, həmçinin Venesuelanın ən təhlükəli dəstələri "Tren del Llano" və "Tren de Araqua" tərəfindən təhdid edildiyini bildirib və təhlükəsizlik qüvvələrini işarələyərək kömək istəyib.
O, canlı yayımda ev ünvanını paylaşıb və dövlət qurumlarından müdafiə olunmasını xahiş edib. O, daha əvvəl də polis tərəfindən qaçırıldığını və həbsxanada olarkən də təhdidlərə məruz qaldığını izah edib.
Venesuela Baş Prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb. Baş prokuror Tarek William Saab sui-qəsdi həyata keçirənlərin müəyyən edilərək cəzalandırılması üçün çalışdıqlarını açıqlayıb.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub