ABŞ Prezidenti Donald Tramp gözlənilməz açıqlama ilə çıxış edərək İsrail və İran arasında hərbi qarşıdurmanın yaxın zamanda yenidən alovlana biləcəyini bildirib. Bu, hər iki tərəfin son döyüş əməliyyatlarından sonra yorğun və tükənmiş olmasına baxmayaraq baş verə bilər.
Mynews.az TASS-a istinadən xəbər verir ki, NATO sammitindən sonra Haaqada keçirdiyi mətbuat konfransında Tramp belə deyib:
"Onlar hər ikisi yorğundurlar, tükəniblər. Onlar çox amansız və qətiyyətlə döyüşdülər. Nəticədə evlərinə çəkilməklə razılaşdılar. Amma bu yenidən başlaya bilərmi? Fikrimcə, bəli, bir gün mütləq. Bəlkə də yaxın vaxtlarda başlar."
Qeyd edək ki, bu bəyanatdan cəmi bir neçə dəqiqə öncə Tramp tam əks mövqe ifadə etmişdi:
"Bu, 12 günlük müharibə idi və biz düşünürük ki, sona çatıb. Mən inanmıram ki, onlar yenidən bir-birinə hücum edəcəklər. Mən belə düşünmürəm."
Xatırladaq ki, İsrail 13 iyuna keçən gecə İrana qarşı hərbi əməliyyata başlamışdı. Bundan bir sutka keçməmiş İran cavab zərbəsi endirmişdi. ABŞ isə münaqişəyə onun 9-cu günündə – 22 iyun gecəsi qoşularaq İranın üç nüvə obyektinə zərbə endirdi. 23 iyun axşamı isə İran Qətərdəki ABŞ-ın Yaxın Şərqdəki ən böyük hərbi bazası olan Əl-Udeydə raket zərbəsi endirdi.
Daha sonra Tramp, İsrail və İran arasında tam atəşkəs razılaşmasının əldə olunduğunu elan etmişdi.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub