Banqkokdan uçan “Thai Lion Air” reysi qəza çıxışının yaxınlığındakı oturacağa keçmək istəyən sərnişinlə yaşanan konflikt səbəbindən təxminən bir saat gecikib. Sərnişinin bədən quruluşuna görə ekonom sinifdəki yerin dar olması narazılığa səbəb olub.
Mynews.az xəbər verir ki, Hadisə iyunun 25-də Banqkok hava limanında “Thai Lion Air Boeing 737” təyyarəsində baş verib. Narıncı köynək geyinmiş sərnişin tüardessalara pəncərə yanında yer olmamasından şikayətlənərək, qəza çıxışına yaxın oturacağa keçməkdə israr edib.
Ekipaj onun tələbini yerinə yetirməkdən imtina etdikdə, sərnişin səs-küy salıb və nəticədə polis müdaxilə etməli olub.
Hadisə şahidlərinin lentə aldığı videogörüntülərdə hüquq-mühafizə orqanlarının əməkdaşlarının sərnişini təyyarədən çıxarmağa çalışdığı görünür. Münaqişə zamanı kişi koridorda yerə uzanıb və polislər onu qucaqlarında çıxarmalı olublar.
Digər sərnişinlər uçuşun gecikməsinə görə narazılıqlarını ifadə ediblər. Səsyazmada britaniyalı qadının sərnişini “amansız eqoist” adlandırdığı, digər sərnişinlərin isə onu “yoldan çəkil” deyərək tənqid etdiyi eşidilir.
Təyyarə planlaşdırılan vaxtdan təxminən bir saat sonra havaya qalxıb. “Thai Lion Air” hadisə ilə bağlı hələ rəsmi açıqlama verməyib.

1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub