Almaniyanın keçmiş kansleri Angela Merkel ABŞ prezidenti Donald Trampın onun əlini sıxmaqdan imtina etdiyi anı xatırlayıb.
Mynews.az xəbər verir ki, Almaniya hökumətinin sabiq rəhbəri bu barədə Yunanıstanın paytaxtı Afinada "Kathimerini" qəzetinə danışıb. Merkel Yunanıstana "Azadlıq" adlı memuarlarının yunan dilinə tərcüməsinin təqdimatı ilə əlaqədar gəlib.
"Mən dedim: "Donald, mən sizinlə əl sıxmaq istəyirəm", lakin o bunu etmədi. O, diqqəti özünə cəlb etmək istəyirdi. Onun məqsədi diqqəti yayındırmaq və hamını ona baxmağa məcbur etməkdir", - sabiq kansler 2017-ci ildə Ağ Evdə Tramp ilə görüşü yada salarkən deyib.
"Bu, onun tariflər siyasəti ilə bağlı hərəkətlərindən də yaxşı görünür. Nəticədə o, Amerika xalqı üçün yaxşı nəticələr əldə etməlidir. O, öz səriştəsini, heç olmasa öz ölkəsində sübut etməlidir", - deyə Merkel əlavə edib.
Keçmiş kansler əmindir ki, əgər tarif siyasəti ABŞ-da qiymətlərin artmasına səbəb olsa, "Tramp nəticələrlə üzləşəcək".
"Avropa İttifaqına məsləhət görürəm ki, Trampın ticarət müharibəsindəki təzyiqinə boyun əyməsin və birliyi qorusun, həmçinin adekvat tədbirlər görsün və danışıqlar aparsın", - o bildirib. (Report)
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub