Portuqaliya millisinin və "Liverpul” klubunun hücumçusu Dioqu Jota ilə qardaşı Andre Silvanın faciəvi yol qəzasında həlak olması ilə bağlı yeni detallar ortaya çıxıb.
Mynews.az Milli.Az-a istinadən xəbər verir ki, hadisənin şahidi olan yük maşını sürücüsü Joze Azevedu Portuqaliyanın "Record” nəşrinə açıqlamasında bildirib ki, qəza zamanı Jota sürət həddini aşmayıb:
"Mən hər şeyi kameraya çəkirdim və yardım etmək üçün dərhal dayandım. Təəssüf ki, heç nə edə bilmədim. Vicdanım təmizdir. Maşının markasını və rəngini seçə bildim. Bu yol çox qaranlıq və təhlükəlidir. Həmin ərazidən tez-tez istifadə edirəm, yolun vəziyyəti də yaxşı deyil.”
Azevedu hadisə zamanı yanğınsöndürənlə müdaxilə etməyə çalışsa da, futbolçuların həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, qəza İspaniyanın şimal-qərbində baş verib. Jotanın idarə etdiyi "Lamborghini” markalı avtomobil ötmə manevri zamanı təkərin partlaması nəticəsində yoldan çıxaraq alovlanıb. Hər iki qardaş iyulun 5-də Portuqaliyada dəfn olunub.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub