Avstraliyada kiçik biznes sahibi Roçelle Marinatonun "Instagram"da üç itin şəklini paylaşması ona 50 min dollar ziyana başa gəldiyini bildirib.
Mynews.az bu barədə "Daily Mail"ə istinadən xəbər verir.
Bildirilir ki, "Meta" şirkəti bu şəkli səhvən "uşaq istismarı və çılpaqlıq" kateqoriyasına salaraq avtomatik olaraq hesabları bloklayıb. Səbəb süni intellektin itləri uşaqlarla səhv salması olub.
Marinato 22 dəfə "Meta" ilə əlaqə saxlamağa çalışsa da, cavab ala bilməyib. Hesabının bərpa olunmaması nəticəsində onun "Pilates World Australia" adlı şirkəti 50 000 Avstraliya dolları zərərə düşüb və gəliri 75% azalıb. Nəticədə, hesabını geri almaq üçün üçüncü tərəfə pul ödəmək məcburiyyətində qalıb.
Marinato həm maliyyə ziyanı, həm də belə ağır ittihamın nüfuzuna vurduğu zərər səbəbi ilə ciddi narahatlıq keçirdiyini deyib və "Meta" ilə insan təması qurmağın mümkünsüz olduğunu vurğulayıb.
"Bütün satışlarımız dayandı, reklamlarımız silindi, heç kimə nə baş verdiyini izah edə bilmədik. Sanki yoxa çıxdıq", - deyə o bildirib.
O, süni intellektin bu cür səhvlərinin təhlükəli olduğunu deyir: "İnsanlar düşünə bilər ki, biz nəsə pis iş görmüşük. Halbuki bu sadəcə üç itin şəkli idi".
Marinato indiyə kimi heç bir maddi zərəri geri ala bilmədiyini vurğulayıb.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub