Rusiya qoşunları Ukrayna bölmələrini geri çəkilməyə məcbur edərək Dobropol istiqamətində Popov Yarı və Seversk istiqamətində İvano-Daryevkanı ələ keçirib.
Mynews.az bizimmedia-ya istinadən xəbər verir ki, bu barədə Hromadske TV xəbər yayıb.
Məlumata görə, Ukrayna bölmələri Dobropol istiqamətində geri çəkilib, nəticədə Rusiya Silahlı Qüvvələri Popov Yar kəndini işğal edib. Rusiya ordusu Novıy Şaxovo ərazisində nəzarəti genişləndirməyə çalışır və İvanovka istiqamətində hücumu gücləndirib. Hazırda həmin bölgədə döyüşlər davam edir.
Seversk istiqamətində Rusiya bölmələri Qriqorovka, Pereezdnoye, Fedorovka və Serebryanka ərazilərində uğursuz hücum cəhdləri həyata keçirib, lakin İvano-Daryevkanı ələ keçirməyə nail olub.
Pokrovsk istiqamətində isə düşmən Pokrovsk–Mirnoqrad aqqlomerasiyasını blokadaya almağa çalışır. Son sutka ərzində Rodinskoye, Mirolubovka, Pokrovsk, Novoekonomicheskoye, Novoukrainka və Zverevo ərazilərində hücumlar qeydə alınıb. Bundan başqa, Donetsk vilayətinin inzibati sərhədinə çıxmaq məqsədilə düşmən Udaçnoye və Dacnoye istiqamətlərində də hücuma keçib.
“Dnepr” qruplaşmasında vurğulanıb ki, Ukrayna Müdafiə Qüvvələri təzyiqi dəf edir və düşməni məhv edir.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub