İsrail ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü Qəzzada atəşkəs təklifini qəbul edib.
Bu barədə bazar ertəsi İsrail xarici işlər naziri Gideon Saar Budapeştdə macarıstanlı həmkarı Peter Siyarto ilə birgə mətbuat konfransında çıxışı zamanı bildirib.
G.Saar qeyd edib ki, İsrail girovların azad edilməsini və HƏMAS-ın tərkisilah edilməsini nəzərdə tutan müharibənin başa çatması haqqında sazişi qəbul etməyə hazırdır.
KİV-lər bildirir ki, indi təklif nəzərdə tutur ki, İsrail əvvəlcə "müharibənin başa çatması" üçün altı aylıq prosesin başlanğıcını elan edəcək. Daha əvvəl Netanyahu bütün şərtlər yerinə yetirilənə qədər buna qəti şəkildə razılaşmırdı, bu şərtlər arasında HƏMAS-ın tam tərkisilah edilməsi, bütün girovların dərhal azad edilməsi və Qəzza zolağında alternativ hökumətin yaradılması var idi.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub