Bu gün Ukraynanın paytaxtı Kiyevdə polis əməkdaşları 32 yaşlı yerli sakin, bloger Konstantin Haniçin meyitini başından vurulmuş halda tapıblar. Onun yanında öz adına qeydiyyatda olan odlu silah tapılıb.
Mynews.az yerli mediaya istinadla xəbər verir ki, ilkin araşdırmalara əsasən, mərhum kriptovalyuta sahəsində fəaliyyət göstərən sahibkar və bloger olub. Ölümündən bir gün öncə o, yaxınlarına depressiv vəziyyətdə olduğunu, maliyyə çətinlikləri yaşadığını bildirib və onlara vida mesajı göndərib.
Mərhumun avtomobili ekspertiza üçün götürülüb.
Hadisə ilə bağlı Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsinin 1-ci bəndi (“qəsdən adam öldürmə”) üzrə cinayət işi açılıb, lakin “intihar” versiyası xüsusi qeydlə araşdırılır.
Hazırda istintaq davam edir, və hadisənin bütün halları müəyyənləşdirilir.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub