Nigeriya millisinin futbolçuları Victor Osimhen və Wilfred Ndidi ölüm təhlükəsindən dönüblər.
Mynews.az xəbər verir ki, onların da içində olduğu Nigeriya milli komandasını daşıyan təyyarə texniki nasazlıq səbəbilə Anqolada təcili eniş edib.
Nigeriya Futbol Federasiyasının (NFF) yüksək vəzifəli nümayəndəsi ValueJet şirkətinə məxsus təyyarənin pəncərəsində çat yaranması səbəbilə təcili eniş qərarı verildiyini təsdiqləyib. O, bu hadisəni "daha pis nəticələnə biləcək ciddi bir təhlükə" kimi qiymətləndirib.
Təyyarə Dünya Çempionatının seçmə mərhələsində vacib oyun üçün Cənubi Afrikadan Uyo şəhərinə gedirdi. Lakin uçuş zamanı pilot nasazlığı hiss edərək marşrutu dəyişib və Anqolaya eniş edib.
Hadisə zamanı heç kim xəsarət almayıb və komanda üzvləri təhlükəsiz şəkildə təyyarədən çıxarılıb.
Hadisə Nigeriyada və futbol ictimaiyyətində böyük narahatlıq yaradıb. Təhlükəsizliyin təmin olunması üçün əlavə araşdırmaların başladıldığı bildirilir.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub