Noyabrın 9-da İstanbulun Fatih rayonunda dörd nəfərlik Böcek ailəsinin şübhəli ölümü ilə bağlı aparılan istintaq çərçivəsində məhkəmə-tibbi ekspertizanın ilkin rəyi açıqlanıb.
Mynews.az bu barədə "Haber Global" telekanalına istinadən xəbər verir.
Hesabata əsasən, ailə üzvlərinin qaldıqları hoteldə kimyəvi maddəyə məruz qalma ehtimalı daha çoxdur. Qida zəhərlənməsi ehtimalı isə arxa plana keçirilib.
Qeyd edək ki, istintaq çərçivəsində saxlanılan 11 nəfərdən dördü həbs edilib.
Xatırladaq ki, Beşiktaşdakı bir restoranda yemək yedikdən sonra qida zəhərlənməsi şübhəsi ilə Fatih rayonunda qaldıqları hoteldən xəstəxanaya aparılan Kadir Muhammet və Masal Böcek, eləcə də onların anaları Çiğdem Böcek həyatlarını itiriblər. Ata Servet Böcek xəstəxanada müalicə almasına baxmayaraq, noyabrın 17-də dünyasını dəyişib.
1
“Yas mərasimlərində dəyişiklik: Yeni ehsan forması GÜNDƏMDƏ”
801 dəfə oxunub
2
15 gündə 26 nəfəri it dişləyib - 9-u uşaqdır
770 dəfə oxunub
3
Prezident Məsud Pezeşkianın Azərbaycana təşəkkür etməsinə münasibət bildirdi
769 dəfə oxunub
4
Türkiyədə güclü zəlzələ oldu
767 dəfə oxunub
5
Fazil Mustafa baba oldu
749 dəfə oxunub