Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ Dövlət katibinin müavini Elison Hükkerlə görüşdə Bakıda məhkəməsi davam edən erməni hərbi cinayətkarların məsələsini xüsusi olaraq gündəmə gətirib.
Mynews.az Musavat.com-a istinadən xəbər verir ki, Paşinyan bildirib ki, görüş zamanı o, ABŞ Prezidenti Donald Trampın bu məsələ ilə məşğul olacağına dair verdiyi öhdəliyi xatırladıb. Baş nazir həmçinin Vaşinqton tərəfinin bu istiqamətdə hansı səyləri göstərdiyi barədə məlumat verməsini xahiş edib və mövzunun daim diqqət mərkəzində saxlanmasını tələb edib.
Paşinyan vurğulayıb ki, məsələ Ermənistan üçün prioritet olaraq qalır və bunun həlli üçün Vaşinqtonun fəal iştirakı zəruridir.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub