Rusiyalı şoumen İvan Urqant və komediya aktyoru Aleksandr Qudkovun olduğu təyyarə təcili olaraq Almaniyanın Münhen şəhərində eniş edib.
Mynews.az xəbər verir ki, buna səbəb isə təyyarədəki kabində tüstü sensorunun işə düşməsi olub.
Hadisə "Air Serbia" aviaşirkətinə məxsus "Airbus A319" təyyarəsi Londonun Hitrou hava limanından Belqrada uçarkən baş verib. Təyyarə havaya qalxdıqdan təxminən iki saat sonra Münhendə məcburi eniş edib. Hava limanında onu bir neçə yanğınsöndürən maşını və təhlükəsizlik xidməti əməkdaşları qarşılayıb.
Təxminən bir saatdan sonra təyyarə uçuşunu davam etdirib və Belqrada uğurla eniş edib.
Hazırda İvan Urqant, Aleksandr Qudkov və komanda üzvləri ilə birlikdə Avropada qastrol səfərindədir. Onlar bu axşam Serbiya paytaxtı Belqradda səhnəyə çıxacaqlar.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub