Ötən gün mətbuatda Pakistanın həbsdə olan sabiq baş naziri İmran Xanın öldürülməsi barədə xəbərlər yayılıb.
Mynews.az milli.az-a istinadən xəbər verir ki, Adiala Həbsxanası İmran Xanın öldürüldüyü və müəssisədən çıxarıldığı barədə yayılan məlumatları təkzib edib.
Bildirilib ki, o, hazırda həbsxanadadır və səhhəti stabil vəziyyətdədir. Rəsmilər şayiələrin əsassız olduğunu, keçmiş baş nazirin daimi tibbi nəzarətdə saxlanıldığını vurğulayıb.
Açıqlama son günlər sosial mediada yayılan şayiələri aradan qaldırmaq məqsədi daşıyır.
Xatırladaq ki, İmran Xan və onun həyat yoldaşı 2024-cü ilin yanvarında korrupsiya ittihamı ilə 14 il azadlıqdan məhrum edilib. Bununla yanaşı, o, dövlət sirrini yaydığına görə daha 10 il həbs cəzası alıb.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub