Yaponiyalı alim Yoşinori Morivaki zəlzələ ilə bağlı Türkiyəni gözləyən təhlükədən danışıb. Seysmoloq deyib ki, Egey bölgəsində bir çox qırılma xətti var və bu, risklidir. Həmçinin Bandırma və Bursa vilayətləri də risk altındadır.
Mynews.az xəbər verir ki, Yoşinori Morivaki Səlcuq Universitetində təşkil edilən konfransdakı çıxışında Türkiyənin zəlzələ qurbanlarının sayına görə dünyada üçüncü yerdə olduğunu vurğulayıb.
Morivaki bildirib ki, Türkiyə və Yaponiya oxşar xüsusiyyətlərə malikdirlər. Yaponiyada dörd, Türkiyədə isə altı seysmik lövhə var: “Türkiyə daha mürəkkəbdir. Reallığı qəbul etməliyik. Hər cür təhlükəyə hazır olmalıyıq. İndoneziyadan başlayan Şimali Anadolu fay xətti dünyanın əsas fay xətlərindən biridir".
Mütəxəssis qeyd edib ki, birinci dərəcəli zəlzələ zonası olmasına baxmayaraq, bəzi əyalətlərdə hələ də monitorinqlər aparılmayıb: “Türkiyədə mövcud olan 21 milyondan çox binanın yarısı qanunsuz inşa olunub və tikinti normalarına cavab vermir”.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub