Gürcüstan Daxili İşlər Nazirliyinin Kriminal Polis Mərkəzi Departamentinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə baş idarəsinin əməkdaşları Tbilisidə Ermənistan Polisinin cinayət-axtarış baş İdarəsi tərəfindən Ermənistana “İqla” zenit-raket kompleksi keçirilməyə cəhdinə görə axtarışda olan Ermənistan vətəndaşını saxlayıb.
Mynews.az tert.am-a istinadən xəbər verir ki, Gürcüstan DİN-in mətbuat xidmətindən bildiriblər ki, martın 27-də Tbilisinin Nikoloza Barataşvili küçəsində 1977-ci il təvəllüdlü Ermənistan vətəndaşı Robert A. saxlanılıb.
Qeyd edək ki, Gürcüstanın DİN rəhbəri Georgi Mqebrişvili bildirib ki, Ermənistana “İqla” kompleksi keçirilmə cəhdinə görə saxlanılan üç Ermənistan vətəndaşının saxlanılması ilə əlaqədar gürcü nazirliyi Yerevandakı həmkarları ilə daimi əlaqədadır.
“Hələlik “İqla” kompleksinin Gürcüstandan tranzit ilə Ermənistana aparıldığını iddia etmək olmaz. Araşdırma aparılır, detallar öyrənilir. Biz erməni həmkarlarımız ilə daimi əlaqə saxlayırıq və ictimaiyyətə təhqiqatın nəticələrinə dair məlumat veririk”, - G.Mqebrişvili bildirib.
Xatırladaq ki, Dağlıq Qarabağ separatçılarının sabiq komandanı Samvel Babayan martın 22-də saxlanılıb, daha sonra məhkəmə ona dair 2 ay müddətinə həbs olunmasına dair hökm çıxarıb.
Samvel Babayana qarşı Ermənistan CM 235 maddəsinin 2-ci bəndi və 235.1 maddəsi üzrə 2-ci bəndi üzrə ittiham irəli sürülüb.
1
Qətərdə fövqəladə vəziyyət elan edildi
1339 dəfə oxunub
2
İlham Əliyev İran səfirliyinə gedib başsağlığı verdi
1337 dəfə oxunub
3
"TəhsilPlus" kartı 450 min təhsil işçisinə veriləcək
1331 dəfə oxunub
4
İrandan atılan ballistik raket Türkiyə hava məkanında zərərsizləşdirilib
1323 dəfə oxunub
5
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1289 dəfə oxunub