Məşhur televiziya müxbiri Kristina Çambers və həyat yoldaşı Conni Rimes ABŞ-ın Alabama ştatının Huver şəhərində yerləşən evlərində ölü tapılıblar.
Mynews.az Daily Mail-ə istinadən xəbər verir ki, cütlük ailə üzvü tərəfindən huşsuz vəziyyətdə aşkarlanıb. Çərşənbə axşamı səhər saat 09:00 radələrində qohumunun faciəli hadisəni görməsindən sonra polis əməkdaşları Highland Manor Court küçəsinin 700-cü məhəlləsinə cəlb olunublar.
Hadisə zamanı cütlüyün üç yaşlı övladının sağ olduğu bildirilib. Təcili tibbi yardım əməkdaşları hər iki şəxsin hadisə yerində həyatını itirdiyini təsdiqləyiblər.
Qeyd edək ki, Kristina Çambers və Conni Rimes 2021-ci ildə ailə həyatı qurmuşdular. Kristina Çambers təxminən 10 ildir ki, yerli WBRC telekanalında idman müxbiri kimi fəaliyyət göstərirdi və peşəkar fəaliyyəti ilə tanınırdı.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub