Rusiyanın "Ural Airlines" aviaşirkətinə məxsus U6 2411 Moskva-Gəncə və U6 2412 Gəncə-Moskva reyslərində müşahidə olunan gecikmə Moskva şəhərində əlverişsiz hava şəraiti ilə əlaqədardır.
Gəncə beynəlxalq hava limanından Mynews.az-a verilən məlumata görə, U6 2411 nömrəli reysin Moskvadan uçuşu yerli vaxtla saat 16:05-ə planlaşdırılıb.
Əvvəlcə Moskva-Gəncə reysinin yerli vaxtla saat 10:00-a, Gəncə-Moskva reysinin isə saat 15:50-yə planlaşdırıldığı bildirilmişdi.
"Report"un Qərb bürosunun məlumatına görə, hazırda Gəncədən Moskvaya gedən təxminən 100 sərnişin uçuşu gözləyir.
Reyslə bağlı daha ətraflı məlumat üçün sərnişinlərə birbaşa aviaşirkətə müraciət etmələri tövsiyə olunur.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub