İrandakı etiraz aksiyalarında ölənlərin sayı ilə bağlı yeni məlumat yayılıb.
"Time” jurnalı İran paytaxtındakı bir klinikanın həkiminə istinadən təkcə Tehranda 200-dən çox etirazçının öldüyünü iddia edib.
Mənbə bildirib ki, Tehranın yalnız altı klinikasında 217 cəsəd var və qurbanların əksəriyyəti - əsasən gənc kişilərdir - güllə yaralarından ölüb.
"Time”a danışan mənbə bildirib ki, hakimiyyət orqanları cəsədləri 9 yanvar cümə günü xəstəxanalardan çıxarıb.
Lakin digər mənbələr İrandakı etirazlarda ölənlərin sayını fərqli qiymətləndirir.
İnsan Hüquqları Aktivistləri Xəbər Agentliyi (HRANA) ekspertlərinin fikrincə, son 13 gündə İranda ən azı 65 nəfər, o cümlədən 50 etirazçı və 14 təhlükəsizlik qüvvəsi ölüb.
"Time” bildirilən rəqəmlərin heç birini müstəqil şəkildə təsdiqləyə bilmədiyini etiraf edib, lakin HRANA-nın yalnız müəyyən edilmiş ölüm hallarını saydığını qeyd edib.
İranda etirazlar 28 dekabrda Tehranın əsas bazarında başlayıb. Əvvəlcə dükan sahibləri və tələbələr etirazlara qoşularaq milli valyutanın kəskin şəkildə ucuzlaşması və qiymətlərin artması fonunda hökumətin hərəkətlərindən narazılıqlarını bildiriblər. Etirazlar başladıqdan qısa müddət sonra İran Mərkəzi Bankının rəhbəri Məhəmməd Fərzin istefa verib.
Nümayişlər isə digər şəhərlərə də yayılıb.
9 yanvarda Tehran meri Əlirza Zəkani kütləvi etirazçıların İran paytaxtında 26 bankı və 25 məscidi vandalizm yolu ilə dağıtdığını bildirib. İranın Ali Lideri Əli Xamenei 9 yanvarda xalqa müraciətində İrandakı etirazçıların "əlləri iranlıların qanı ilə ləkələnmiş" ABŞ prezidenti Donald Trampı razı salmağa çalışdıqlarını bildirib.
1
Qətərdə fövqəladə vəziyyət elan edildi
1339 dəfə oxunub
2
İlham Əliyev İran səfirliyinə gedib başsağlığı verdi
1337 dəfə oxunub
3
"TəhsilPlus" kartı 450 min təhsil işçisinə veriləcək
1331 dəfə oxunub
4
İrandan atılan ballistik raket Türkiyə hava məkanında zərərsizləşdirilib
1323 dəfə oxunub
5
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1289 dəfə oxunub