Kolumbiyanın Paypa şəhərində baş verən təyyarə qəzasında məşhur kolumbiyalı müğənni Yeison Ximenes də daxil olmaqla, altı nəfər həlak olub.
Mynews.az xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya İdarəsi "X" sosial şəbəkəsində məlumat yayıb.
Hadisə 10 yanvar tarixində yerli vaxtla təxminən saat 16:00-da (Bakı vaxtı ilə 01:00) baş verib. "Xuan Xose Rondon aerodromunun yaxınlığında N325FA qeydiyyat nömrəli təyyarənin qəzaya uğraması təsdiqlənib", - qurumun məlumatında deyilir.
Qəza zamanı pilot, kapitan Fernando Torres Rohas da həlak olub.
Öz növbəsində, yerli "El Tiempo" qəzeti bildirir ki, qəza təyyarənin Paypa hava limanından qalxmasından qısa müddət sonra baş verib. Şəhər meri German Rikardo Kamaço qəzetə bildirib ki, hadisə yerində fövqəladə xidmətlər - yanğınsöndürənlər, xilasedicilər və tibb işçiləri çalışıblar.
Qeyd edək ki, Yeison Ximenes 26 iyul 1991-ci ildə Kaldas departamentinin Mansanares şəhərində anadan olub. O, "Aventurero" və "Tenias Razon" kompozisiyaları sayəsində geniş şöhrət qazanıb.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub