ABŞ-də yerləşən İranda İnsan Hüquqları Uğrunda Fəallar təşkilatı İranda etirazlarda ölənlərin sayını açıqlayıb.
Mynews.az xarici mətbutata istinadən xəbər verir ki, 28 dekabr 2025-ci ildə yaşayış xərclərinin yüksək olmasına cavab olaraq başlayan və hökumət əleyhinə nümayişlərə çevrilən etirazlar İranda davam edir.
ABŞ-də yerləşən İranda İnsan Hüquqları Uğrunda Fəallar təşkilatı etirazlar zamanı baş verən zorakı hadisələr nəticəsində baş verən ölümlərlə bağlı açıqlama yayıb.
Təşkilatın son açıqlamasında ölənlərin sayının ən azı 544-ə çatdığını bildirib və əlavə edib: "Bunlardan 483-ü etirazçı, 47-si təhlükəsizlik qüvvələrinin əməkdaşı, 8-i uşaq, 5-i etirazlarda iştirak etməyən mülki şəxs və biri hökumət üçün çalışan prokuror olub" deyə açıqlamada qeyd olunub.
Həmçinin 579 ölüm xəbərinin araşdırıldığı vurğulanıb.
Bəyanatda etirazların ölkə üzrə 186 şəhər və 31 bölgədə 585 fərqli yerə yayıldığı və həbs olunanların sayının 10.681-ə çatdığı qeyd olunub.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub