Türkiyənin Kahramanmaraş bölgəsində reanimasiya şöbəsində olan 5 günlük körpəni döyərək əlil qoyan və barəsində həbs qətimkan tədbiri seçilən tibb bacısı Hazel Dırık Bağrıyanık polisə təslim olub. Bağrıyanık məhkəmə tərəfindən "qəsdən bədən xəsarəti yetirmə" cinayəti ilə həbs edilərək həbsxanaya göndərilib.
Tibb bacısının zorakılığı nəticəsində hazırda 5 yaşı olan Deniz Esin Bozoklar fiziki əlillik, serebral iflic (SP), epilepsiya kimim ağır xəstəliklərdən əziyyət çəkir.
2021-ci ildə baş verən hadisənin üstü təsadüfən açılıb. Körpə az çəkili doğulduğu üçün küvezə yerləşdirilib. Orada tibb bacısının zorakılığına məruz qalsa da, xəstəxana rəhbərliyi ailəyə heç bir məlumat verməyib. Valideynlər illərlə qızlarının anadangəlmə əlil olduğunu düşünüblər.
2024-cü ildə valideynlərin telefonuna gələn məhkəmə bildirişi (e-Devlet mesajı) sayəsində onlar qızlarının əslində işgəncə nəticəsində bu hala düşdüyünü öyrəniblər.
Məhkəmə işinə daxil edilən görüntülərdə tibb bacısının 5 günlük körpədən 14 dəqiqə ərzində qan ala bilmədiyi, bu müddətdə qəzəblənərək körpənin başına zərbələr endirdiyi və ayağını qırdığı məlum olub. Bu görüntülər ictimaiyyətdə böyük hiddətə səbəb olub.



1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub