ABŞ Prezidenti Trampın İran və digər ölkələrə qarşı sərt açıqlamaları Avropada ciddi narazılıq yaradıb. İspaniya Parlamentinin üzvü İrene Montero, Trampı Adolf Hitler ilə müqayisə edərək, ABŞ-nin İran üzərinə hərbi əməliyyatlarını sərt tənqid edib.
Mynews.az xarici mediaya istinadən xəbər verir ki, Montero bildirib ki, İranın bombalanması və tətbiq edilən sanksiyalar qadınlara azadlıq gətirməyəcək, əksinə ABŞ-yə neft qazandıracaq.
“Tramp 21-ci əsrin Hitleridir. ABŞ izolyasiya edilməlidir. Bir az ləyaqətiniz olsun”, - deyə Montero vurğulayıb. Dünya liderinin sosial mediada paylaşdığı açıqlamalar qlobal gündəmi daim dəyişdirir. Onun milyonlarla insanı təsir edən və onlarla ölkəni birbaşa hədəf alan sözləri siyasət, iqtisadiyyat və beynəlxalq münasibətlər sahələrinə birbaşa təsir göstərir.
Xüsusilə Qrenlandiya məsələsində ABŞ-Aİ münasibətlərində gərginlik artıb və bəzi Avropalı siyasətçilər açıq şəkildə Trampın sərt siyasətinə etirazlarını bildirirlər.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub