USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Niyə Donald Tramp Hitlerlə müqayisə olunur?

15:39 27.01.2026
Niyə Donald Tramp Hitlerlə müqayisə olunur?
15:39 27.01.2026

ABŞ Prezidenti Trampın İran və digər ölkələrə qarşı sərt açıqlamaları Avropada ciddi narazılıq yaradıb. İspaniya Parlamentinin üzvü İrene Montero, Trampı Adolf Hitler ilə müqayisə edərək, ABŞ-nin İran üzərinə hərbi əməliyyatlarını sərt tənqid edib.

Mynews.az xarici mediaya istinadən xəbər verir ki, Montero bildirib ki, İranın bombalanması və tətbiq edilən sanksiyalar qadınlara azadlıq gətirməyəcək, əksinə ABŞ-yə neft qazandıracaq.

“Tramp 21-ci əsrin Hitleridir. ABŞ izolyasiya edilməlidir. Bir az ləyaqətiniz olsun”, - deyə Montero vurğulayıb. Dünya liderinin sosial mediada paylaşdığı açıqlamalar qlobal gündəmi daim dəyişdirir. Onun milyonlarla insanı təsir edən və onlarla ölkəni birbaşa hədəf alan sözləri siyasət, iqtisadiyyat və beynəlxalq münasibətlər sahələrinə birbaşa təsir göstərir.

Xüsusilə Qrenlandiya məsələsində ABŞ-Aİ münasibətlərində gərginlik artıb və bəzi Avropalı siyasətçilər açıq şəkildə Trampın sərt siyasətinə etirazlarını bildirirlər.


Xəbər lenti