Yanvarın 20-dən etibarən Yaponiyanın müxtəlif bölgələrində müşahidə olunan şiddətli qar və soyuq hava şəraiti nəticəsində ölənlərin sayı artıb.
Mynews.az xarici mətbuata istinadən xəbər verir ki, Yaponiya Yanğın və Fəlakətlərin İdarə Edilməsi Agentliyinin (FDMA) yaydığı son məlumata görə, ən azı 27 nəfər həyatını itirib, 290 nəfər isə xəsarət alıb.
Ən çox ölüm faktı Niigata prefekturasında qeydə alınıb – burada 12 nəfər həyatını itirib. Ardınca Akita prefekturası (6 nəfər), Hokkaydo (3 nəfər) və Aomori (2 nəfər) gəlir. İvate, Yamaqata, Nagano və Şimane prefekturalarında isə hər birində bir ölüm hadisəsi qeydə alınıb.
Şiddətli qar yağışı və buzlu hava şəraiti səbəbindən baş verən qəzalarda xəsarət alan 290 nəfərdən 101-i ağır, 189-u isə yüngül dərəcəli xəsarətlər alıb.
Qeyd edək ki, yanvarın 20-də başlayan güclü qar yağışı ölkə üzrə gündəlik həyata ciddi təsir göstərib, bir çox bölgədə hava, avtomobil və dəmir yolu nəqliyyatında fasilələr yaranıb.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub