İranın ali lideri Əli Xameneinin bu səhər İsrail hücumu nəticəsində həlak olduğu bildirilir.
Mynews.az xəbər verir ki, bunu İsrail rəsmisi “The Times of Israel”ə açıqlamasında deyib.
“The Times of Israel” yazır ki, İsrailin Baş naziri Benyamin Netanyahuya Əli Xameneinin Tehrandakı iqamətgahından çıxarılan cəsədinə aid olduğu bildirilən foto təqdim edilib.
Məlumata əsasən, İsrailin bu səhər İrana qarşı həyata keçirdiyi hücumların ilk dalğasında Xameneinin olduğu bina hədəfə alınıb.
***
“Axios”un yazdığına görə, İsrailin Vaşinqtondakı səfiri ABŞ rəsmilərinə bildirib ki, İranın Ali Lideri Əli Xamenei şənbə günü ABŞ və İsrail arasında keçirilən genişmiqyaslı birgə hərbi əməliyyatın bir hissəsi olaraq İsrailin hücumu nəticəsində öldürülüb.
İsrail kəşfiyyatının məlumatına görə, İsrail rəsmisi Xameneinin öldüyünü təsdiqləyib.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub