İranın ali lideri Əli Xameneinin qızı, kürəkəni və nəvəsi ABŞ ilə İsrailin endirdiyi hava zərbələri nəticəsində həyatını itiriblər.
Mynews.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Bildirilib ki, ali lideirn dəftərxanası onun qızı, kürəkəni və nəvəsinin ölüm xəbərini agentliyə təsdiqləyib.
Həmçinin qeyd olunub ki, Xameneinin gəlinlərindən biri də şənbə günü səhər saatlarında baş verən hücumda dünyasını dəyişib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti olaraq bağlayıb.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub