İstanbulda dəhşətli qətl hadisəsi baş verib.
Mynews.az hurriyet-ə istinadən xəbər verir ki, hadisə ilə bağlı polisə məlumat daxil olub. Sutkalıq kirayə tutulan mənzilə girən polis qadın cəsədi ilə qarşılaşıb. Edilən araşdırmada Özbəkistan əsilli Musttrarly K. olduğu öyrənilən qadının boğularaq öldürüldüyü müəyyən edilib. Qadının pul qarşılığında fahişəlik etdiyi təsbit edilib. Polis qadının mobil telefonu qeydlərindən son olaraq görüşdüyü adamın Necati F. olduğunu müəyyən edib. Zeytinburnunda bir evə edilən basqında Necati F. (26) saxlanılıb.

Bölməyə gətirilən şübhəli Necati F. hadisə ilə əlaqədar dindirilib. Şübhəlinin qadınla pul qarşılığında birlikdə olmaq üçün gecəlik olaraq razılaşdığı, ancaq qadının gecəyarısı evdən getmək istəməsindən sonra aralarında mübahisə başladığını iddia etdiyi öyrənilib. Mübahisədən sonra Özbəkistan əsilli qadının boğazını sıxdığını söyləyən şübhəlinin qadının yerə yıxılmasının ardından hadisə yerindən qaçdığını qeyd etdiyi deyilir. Şübhəlinin onu sorğulayan polislərə qadının ürəyinin getdiyini sandığını, öldüyünü təxmin etmədiyini dediyi məlum olub.
Faktla bağlı istintaq davam edir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub