İranda ali dini lider postuna Müctəba Xameneinin seçilməsi siyasi çevrələrdə gözlənilməz hadisə sayılmadı. Neçə illərdir ki, o, atasının - ölkənin uzun müddət rəhbəri olmuş Əli Xameneinin ən yaxın çevrəsində yer alır və siyasi qərarların qəbulunda qeyri-rəsmi təsir gücünə malik fiqur kimi tanınırdı.
Mynews.az xəbər verir ki, hakimiyyət dəyişikliyi İran İslam Respublikasının ideoloji əsasları ilə bağlı yeni müzakirələr doğurub. İran cəmiyyətində bu qərarın birmənalı qarşılanmadığını söyləmək mümkündür. Hakimiyyətə yaxın dairələr bunu “sabitliyin davamı” kimi təqdim etsə də, müxalif qüvvələr və gənc nəsil bu seçimi monarxiyanın faktiki davamı kimi qiymətləndirirlər.
Digər mühüm sual isə yeni liderin regiondakı müharibə və gərginliklərə necə yanaşacağıdır. Bəzi analitiklər hesab edir ki, Müctəba Xamenei atasının ölümündən sonra daha sərt və qisasçı siyasət yürüdəcək. Azərbaycanlı politoloqlar arasında da bu fikri bölüşənlər az deyil. Digər ekspertlər isə onun hakimiyyətini möhkəmləndirmək üçün müəyyən mərhələdə diplomatik danışıqlara üstünlük verə biləcəyini istisna etmirlər. Xüsusilə Qərb və Yaxın Şərq analitik mərkəzlərində belə fikir var ki, yeni lider ilk növbədə ölkə daxilində sabitliyi qorumağa çalışacaq.
Müctəba Xameneinin gələcək siyasəti ilə bağlı da müxtəlif proqnozlar səslənir. Onun uzun illər İranın sərt xətt tərəfdarı olan dini və hərbi strukturlarla yaxın əlaqələri olduğu bildirilir. Bu səbəbdən bəzi siyasi müşahidəçilər onun atasının ideoloji xəttini davam etdirəcəyini düşünür. Lakin başqa bir yanaşmaya görə, müharibə və iqtisadi təzyiqlərdən sonra İranın müəyyən iqtisadi və siyasi islahatlara ehtiyacı var və yeni lider bu reallığı nəzərə almağa məcburdur. Əks təqdirdə, ölkədaxili ziddiyyətlər daha da kəskinləşəcək.
İranda bundan sonra baş verəcək proseslər böyük ölçüdə daxili siyasi balansdan asılı olacaq. Mümkündür ki, hakimiyyət strukturları - xüsusilə dini elita və hərbi qüvvələr yeni lider ətrafında birləşsin. Bu zaman rejimin ömrünü uzatmaq mümkün olacaq. Amma iqtisadi böhran, daxili narazılıq və regional müharibələrin İranı daha dərin siyasi dəyişikliklərə aparacağı da istisnam olunmur. Düşünürəm ki, qısa müddətdə rejimin dağılması ehtimalı azdır, lakin yeni liderin dövrü İran üçün həm siyasi, həm də geosiyasi baxımdan sınaq dövrü olacaq.
1
İki reys Bakı aeroportuna eniş etdi
1248 dəfə oxunub
2
Bu ölkədə təyyarə qəzaya uğradı - Ölənlər var
1246 dəfə oxunub
3
Martın ilk gününün havası açıqlandı
1245 dəfə oxunub
4
İranın ali lideri ilə yanaşı ailə üzvləri də həyatın itirib
1169 dəfə oxunub
5
İrandan Azərbaycan sərhədi ilə 53 vətəndaşımız, 60-a qədər əcnəbi təxliyə edilib
1152 dəfə oxunub