ABŞ sahildə və ya İran adalarında quru əməliyyatı keçirmək qərarına gələrsə, İran Fars körfəzindəki bütün dəniz yollarını minalayacaq.
Mynews.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Şurası məlumat verib.
"Düşmənin İran sahillərinə və ya adalarına müdaxilə etməklə bağlı hər hansı cəhdi Fars körfəzində və sahil boyu bütün dəniz yollarının, eləcə də kommunikasiya xətlərinin müxtəlif növ dəniz minaları, o cümlədən sahildən quraşdırıla bilən üzən minalarla minalanmasına gətirib çıxaracaq", - bəyanatda bildirilib.
Müdafiə Şurasından qeyd edilib ki, İrana düşmən hesab edilməyən ölkələr Tehranla koordinasiya əsasında Hörmüz boğazından keçə biləcəklər.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açılması üçün İrana 48 saat vaxt verib və enerji infrastrukturuna zərbələr endirməklə hədələyib. Tehran ultimatumu rədd edib və ABŞ-nin regiondakı obyektlərinə hücum etməyə hazır olduğunu bəyan edib.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub