Qəzza zolağında 2023-cü ilin oktyabr ayından bəri davam edən hücumlar nəticəsində ölənlərin sayı 72.267-yə yüksəlib.
Mynews.az xarici mətbuata istinadən xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi tərəfindən yayılan açıqlamada bildirilib ki, son 24 saat ərzində baş verən hücumlar zamanı 2 nəfər həyatını itirib, 17 nəfər isə yaralanıb.
Məlumata görə, 10 oktyabr 2025-ci ildə qüvvəyə minən atəşkəsdən sonra da hücumlar davam edib. Bu müddət ərzində 691 nəfər ölüb, 1876 nəfər yaralanıb, həmçinin dağıntılar altından 756 cəsəd çıxarılıb.
Ümumilikdə isə 2023-cü ilin oktyabr ayından bu günə qədər yaralananların sayı 171.976 nəfərə çatıb.
Bildirilib ki, Qəzza zolağında hələ də minlərlə insanın cəsədi dağıntılar altında qalmaqdadır.
1
Əli Laricani öldürülüb?
611 dəfə oxunub
2
Bu şəxslərin hərbi xidmət müddəti azaldılır
598 dəfə oxunub
3
Blok3-ün 25 il həbsi tələb olunur
574 dəfə oxunub
4
"Səni axtarıram" və "Həmin Zaur" verilişləri niyə bağlandı? - RƏSMİ
510 dəfə oxunub
5
ABŞ-də benzin qiymətləri rekord qırdı – RƏQƏMLƏR
509 dəfə oxunub