ABŞ-İsrail-İran arasında davam edən müharibə 29-cu günündə daha da şiddətlənib. Regionda qarşılıqlı hücumlar intensivləşdiyi bir vaxtda müharibənin gedişində yeni və diqqətçəkən hadisə qeydə alınıb. İsrail ordusu münaqişə başlayandan bəri ilk dəfə olaraq Yəməndən ölkənin cənub istiqamətinə raket buraxıldığını açıqlayıb.
Mynews.az xəbər verir ki, İsrailin dövlət yayım qurumu KAN məlumat yayıb ki, hərbi radar sistemləri Yəmən ərazisindən atılan raketi vaxtında aşkarlayıb.
Bundan sonra hava hücumundan müdafiə sistemləri aktivləşdirilib və təhlükənin qarşısını almaq üçün operativ tədbirlər görülüb. Hadisə bölgədə təhlükəsizlik səviyyəsinin artırılmasına səbəb olub.
Son günlər İran tərəfindən həm İsrailə, həm də Körfəz bölgəsindəki hədəflərə qarşı raket və pilotsuz uçuş aparatları ilə hücumların artdığı bildirilib. İsrail ordusu isə cavab olaraq İranla əlaqəli hərbi obyektlərə zərbələr endirdiyini açıqlayıb.
Hərbi ekspertlər Yəməndən raket buraxılmasını münaqişənin coğrafiyasının genişlənməsi kimi qiymətləndirib. Onların fikrincə, bu hadisə regional qarşıdurmanın daha geniş müharibəyə çevrilməsi riskini artırıb.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub