Cənubi Sudanın paytaxtı Cuba yaxınlığında kiçik təyyarənin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub.
Bunu Cənubi Sudan Mülki Aviasiya İdarəsi bildirib.
Məlumata görə, "Cessna 208 Caravan” tipli təyyarə Yai şəhərindən Cuba Beynəlxalq Hava Limanına daxili reys həyata keçirirmiş. Yerli vaxtla saat 09:15-də havaya qalxan təyyarə ilə təxminən 30 dəqiqə sonra əlaqə kəsilib. Qəza nəticəsində göyərtədə olan 13 sərnişinin və pilotun hamısı həyatını itirib.
Həlak olanlardan ikisinin Keniya vətəndaşı olduğu, digərlərinin isə Cənubi Sudan vətəndaşları olduğu bildirilir.
İlkin ehtimallara əsasən, qəzanın baş verməsinə əlverişsiz hava şəraiti və zəif görünüş səbəb olub. Faktla bağlı araşdırma aparılır.
Hadisə yerinə göndərilən mütəxəssislər qəzanın səbəblərinin müəyyənləşdirilməsi və xilasetmə işlərinə dəstək göstərilməsi istiqamətində iş aparırlar.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub