Dünya Səhiyyə Təşkilatının Sağlamlıq Fövqəladə Hallar üzrə Xəbərdarlıq və Müdaxilə Əməliyyatları direktoru Abdirahman Mahamud Konqo Demokratik Respublikasında yayılan Ebola epidemiyasının nəzarət altına alınmasında ciddi çətinliklərin davam etdiyini açıqlayıb.
Mynews.az xarici mediaya istinadən xəbər verir ki, Mahamud BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransına onlayn qatılaraq Konqo Demokratik Respublikası və Uqandadakı vəziyyəti dəyərləndirib.
O bildirib ki, Bundibuqyo virusunun səbəb olduğu Ebola epidemiyası Konqo Demokratik Respublikasında artıq üç həftədən çoxdur davam edir.
"8 iyun tarixinə qədər ölkədə 550 təsdiqlənmiş yoluxma, 101 ölüm və 19 sağalma halı qeydə alınıb. Yoluxmaların 94 faizi İturi əyalətində cəmləşib. Test və təmas izləmə fəaliyyətlərinin artırılması nəticəsində təsdiqlənmiş hallar çoxalır ki, bu da yaxşı xəbərdir. Lakin epidemiyanın nəzarət əyrisinin gerisindəyik və bir çox çətinliklər davam edir”, – deyə Mahamud bildirib.
DSÖ rəsmisi əlavə edib ki, hazırda təxminən 100 şübhəli yoluxma faktının təsdiqi və ya inkarı üçün araşdırmalar aparılır.
Uqandada isə 19 təsdiqlənmiş yoluxma, 2 ölüm və 1 ehtimal olunan ölüm hadisəsinin qeydə alındığı bildirilib. Bununla yanaşı, ölkədə icma daxili yoluxmaya dair hər hansı sübutun olmadığı vurğulanıb.
Mahamud qeyd edib ki, Dünya Səhiyyə Təşkilatı Konqo Demokratik Respublikasında yerli qurumlara və səhiyyə tərəfdaşlarına dəstəyini davam etdirir.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub