ABŞ Prezidenti Donald Tramp İranla əldə olunan razılaşma çərçivəsində Tehranın heç vaxt nüvə silahına sahib olmayacağını qəbul etdiyini bildirib.
Mynews.az-ın məlumatına görə, Tramp bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O qeyd edib ki, ABŞ-İran razılaşması çərçivəsində Tehran rəhbərliyi heç vaxt nüvə silahına malik olmamaq barədə öhdəlik götürüb. Tramp həmçinin ABŞ-ın İrana 300 milyon dollar ödədiyi barədə yayılan məlumatların Demokratlar tərəfindən uydurulmuş saxta xəbər olduğunu vurğulayıb.
Tramp əlavə edib ki, Barak Obamanın imzaladığı nüvə sazişini ləğv etməsi mühüm addım olub. Onun sözlərinə görə, həmin saziş İranın nüvə silahı əldə etməsinə yol aça bilərdi və ABŞ üçün əlverişsiz idi.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub