İranın cənubundakı strateji Sirik limanına endirilən zərbələr nəticəsində dörd nəfər yaralanıb, dəniz infrastrukturuna əhəmiyyətli dərəcədə ziyan dəyib.
Mynews.az xəbər verir ki, bu barədə "Al Jazeera" şərqi Hörmüzqan əyalətinin limanlar və dəniz işləri idarəsinin rəhbəri Həmidrza Məhəmmədhüseyni Təxtiyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, bir nəfər ağır yaralanıb və Minabdakı xəstəxanaya təxliyə edilib, digər üç nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.
O qeyd edib ki, liman iki dəfə hücuma məruz qalıb, nəticədə obyektin əsas körpülərindən biri ciddi şəkildə zədələnib. Həmçinin yerli kommersiya gəmiləri və yaxınlıqda yerləşən telekommunikasiya qüllələri də zədələnib./modern
1
Bu müəllimlərin maaşı artacaq - 2500-3000 manat...
413 dəfə oxunub
2
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
390 dəfə oxunub
3
İbrahim Borçalının evində toy olacaq
382 dəfə oxunub
4
Bakıda 10 nömrəli məktəbdə məktəbli bıçaqlandı - Şagird....
352 dəfə oxunub
5
Məktəblərdə vahid geyim formaları ilə bağlı - RƏSMİ AÇIQLAMA
170 dəfə oxunub