Türkiyədə ölüm hökmü bərpa olunur Ərdoğan açıqladı

960
Türkiyədə ölüm hökmü bərpa olunur Ərdoğan açıqladı

Türkiyə parlamenti aprelin 16-da keçiriləcək referendumdan sonra ölüm hökmünün bərpa olunması barədə məsələyə baxa bilər.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, müxalif partiyaların liderləri də bu layihəni dəstəkləyəcəyini deyib.

Mövzu ilə bağlı siyasi şərhçi Vüqar Zifəroğlu bildirib ki, ölüm hökmünün bərpası Türkiyə kimi son dərəcə gərgin bir regionda yerləşən və kifayət qədər ciddi hədəfləri olan ölkə üçün düzgün bir addım olardı:

"Ölüm hökmünün bərpasının gündəmə gətirilməsii ilk dəfə deyil. Bununla bağlı əvvəllər də dəfələrlə müzakirələr aparılıb.Türkiyə Böyük Millət Məclisində bununla bağlı dinləmələr keçirilib. Ölüm hökmünün bərpası ilə bağlı təkcə iqtidar deyil, müxalifət partiyası da daha israrlıdır. Hazırda məslənin yenidən gündəmə gəlməsi müəyyən mənada normal qəbul edilməlidir. Çünki istər Avropa ölkələri, istər ABŞ-ın bir sıra ştatlarında ölüm hökmü bu gün də faktiki olaraq qanuni şəkildə mövcuddur. İcra edilməsə də, bu məsələnin qanuniləşdirilməsi fikrimcə çox müsbət hal olardı. Türkiyə terrorla üz-üzə olan bir ölkədir”.

Vüqar Zifəroğlu əlavə etdi ki, Türkiyədə ölüm hökmünün ləğvi vaxtilə Avropa Birliyinin tələbi ilə olub:

“Avropa ilə Türkiyənin münasibətləri hazırda bir o qədər də isti deyil. Ümumiyyətlə, son 30 ildə Avropa Birliyi ilə bağlı aparılan siyasət avropalıların ucbatından tam olaraq baş tutmur. AlmaniyaFransa və Hollandiyada baş verən hadisələr, ortaya qoyulan mövqelər Türkiyənin Avropaya qəbul edilməsindən daha çox Avropadan kənarlaşdırılması sisyasətinin göstəricisi kimi qəbul edilə bilər. Bu mənada, Türkiyənin Avropa Birliyinə inteqrasiya edilmək məqsədilə imtina etdiyi dəyişiklikləri gündəmə gətirməsi təbii haldır”.

Bildirək ki, Türkiyədə ölüm cəzasının bərpası barədə söhbətlər ötən ilin iyulunda dövlət çevrilişinə cəhddən sonra başlayıb. Ölkədə sonuncu dəfə ölüm hökmü 1984-cü ildə icra edilib.

Xəbər lenti