Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Burc-Xəlifə göydələninin və "Dubai Mall" ticarət mərkəzinin yaxınlığındakı fəvvarələr şousu müvəqqəti olaraq dayandırılacaq.
Bu barədə "Gulf News" qəzeti məlumat verib.
Fontana xidmət göstərən şirkətin nümayəndəsi şounun dayandırılmasının səbəbini, eləcə də işin bərpa olunacağı təxmini tarixi açıqlamayıb. Qəzet yazır ki, əvvəlki dəfə fontanların işi 2025-ci ildə təmir üçün beş ay müddətinə dayandırılmışdı.
Dubayda dünyanın ən hündür binası olan Burc-Xəlifənin ətəyində yerləşən rəqs edən fəvvarələr şəhərin əsas görməli yerlərindən biridir. Onlar ilk dəfə 2009-cu ildə işə salınıb. Hər gün yüzlərlə turist musiqi nömrələrini izləmək üçün meydanda toplaşır. Axşam tamaşaları hər gün yerli vaxtla saat 18:00-da başlayaraq hər yarım saatdan bir keçirilirdi. Bundan əlavə, fontan həmçinin günün ortasında yarım saatlıq işə salınır.
1
Bu şəxslərin iş saatı dəyişir - QƏRAR
362 dəfə oxunub
2
Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan açıqlama
345 dəfə oxunub
3
Bakıda 12 yaşlı uşaq faciəli şəkildə öldü
344 dəfə oxunub
4
Sabirabadda uşaq ölü doğuldu
323 dəfə oxunub
5
Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən - Cəzaya etiraz etdi
320 dəfə oxunub