USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı
7°

ABŞ-də suni yetişdirilən toyuq əti menyuya daxil oldu

16:23 26.11.2026
ABŞ-də suni yetişdirilən toyuq əti menyuya daxil oldu
16:23 26.11.2026

ABŞ-də suni üsulla artırılan toyuq əti restoranların menyularında yer almağa başlayıb.

Mynews.az xəbər verir ki, Kaliforniyada fəaliyyət göstərən “UPSIDE Foods” şirkəti toyuqlardan götürülən hüceyrələri xüsusi çənlərdə çoxaldaraq məhsulun kommersiya istehsalına keçib. Şirkətin məlumatına görə, toyuq kəsilmir və bütöv şəkildə kəsimə göndərilmir. Onun bədənindən az miqdarda hüceyrə nümunəsi götürülür. Həmin hüceyrələr xüsusi qida mühitində, böyük çənlərdə çoxaldılır və ət toxuması əldə edilir. Bitki mənşəli ət alternativlərindən fərqli olaraq, məhsul birbaşa heyvan hüceyrələrindən hazırlanır və ənənəvi toyuq ətinin dadına və quruluşuna bənzəyir.

Bildirilir ki, istehsal zamanı hüceyrələr lazımi qida maddələri ilə təmin olunan xüsusi çənlərə yerləşdirilir. Temperatur və qidalanma şəraiti nəzarətdə saxlanılaraq hüceyrələrin çoxalması təmin edilir. Daha sonra əldə olunan hüceyrələr soya zülalı, noxud lifi və zeytun yağı kimi bitki mənşəli komponentlərlə qarışdırılaraq müxtəlif toyuq məhsullarına çevrilir.

Məlumata görə, 20 min litrdən çox tutuma malik çənlərin istifadə olunduğu müəssisədə ildə 450 tondan artıq hazır məhsul istehsal etmək mümkündür. Şirkət istehsal gücünü bu texnologiya sayəsində 10 min dəfə artırdığını açıqlayıb. Məhsul ABŞ-nin Qida və Dərman Administrasiyasının təhlükəsizlik qiymətləndirməsindən keçib və Kənd Təsərrüfatı Nazirliyindən etiket təsdiqi alıb.


Xəbər lenti