Rusiya Silahlı Qüvvələrinin (SQ) şəxsi heyətinin sayı bir milyon nəfəri keçdi.
Mynews.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin rəsmi portalında dərc edilən fərmanı təsdiq edir.
Fərmana görə, 2017-ci ilin yanvar ayının 1-dən etibarən SQ-nin şəxsi heyətinin ümumi sayı 1 milyon 897 min nəfər təyin edilib. Hərbçilərin ştat sayı 1 milyon 13 min 628 nəfər təyin edilib.
Uzun müddət ərzində SQ-də şəxsi heyətinin sayı ilk dəfə idi artırılırdı. Prezidentin 2008-ci il 28 dekabr fərmanına müvafiq olaraq, SQ-nin şəxsi heyətinin sayı 1 milyon nəfər təyin edilmişdi. 2009-cu ildən başlayan hərbi islahatlar zamanı bu göstərici əsas idi.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub