Türkiyənin Kayseri şəhərində ona "trans" deyən dostunu bıçaqlayaraq yaralayan şübhəliyə hökm oxunub.
Milli.Az gazetevatan-a istinadən xəbər verir ki, təqsirkar 10 il 7 ay 15 gün azadlıqdan məhrum edilib.
Şübhəli 19 yaşlı İ.K. məhkəmədə: "Parkda gəzərkən zarafatlaşırdıq. Daha sonra mübahisəyə başladıq. Mənə "trans" dedi. Mən də onu söydüm. O da mənə bıçaq çəkdi, ayağıma dəydi, şalvarımı kəsdi, qorxmuşdum. Mən də əlimdəki bıçaq ilə təsadüfi vurdum, harasına dəydiyini bilmirəm, yaralandığını gördüm. Orada bir adam var idi, ona təcili yardıma zəng etməyini söylədim və həmin yerdən uzaqlaşdım. Peşmanam dostum, belə olmağını istəmədim", - deyib.
17 yaşlı zərər çəkmiş şəxs M.C.-nin anası G.C. isə məhkəmə prosesində: "Oğlumun dalağı çıxarılıb. Mən anayam, özümü hazırda güclə saxlayıram. Uşağımı ölümlə üz-üzə qoydu", sözlərini işlədib
Zərər çəkmiş şikayətçi M.C. da ifadəsində: "Mənə yataqxanadan çıxarıldığını və qalacaq yerinin olmadığını söylədi. Mənim yanımda qalırdı. Daha sonra parkda gəzərkən əli ilə başıma vurdu. Mən də onu söydüm. Üzümü döndərdim, narkotik istifadə etmişdik, arxamdan bıçaqla vurdu. Məndə də bıçaq vardı, o mənə vurduqdan sonra mən də bıçaqla vurmaq istədim, dəymədi. Şikayətçiyəm, mənim dalağım götürüldü, bu iş necə olacaq?" deyə bildirib.
Zərər çəkmişin bu sözündən sonra təqsirkar: "O mənim dostumdur. Mən ona dalağımı, böyrəyimi, hər şeyimi verərəm", deyə məhkəmədə ağlayıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub