Ermənistan prezidenti Serj Sarkisyanın təhlükəsizliyi ilə bağlı tədbilər son vaxtlar xeyli gücləndirilib.
Mynews.az Virtualaz.org.-a istinadən xəbər verir ki, bu haqda erməni mətbuatı yazır. Məlumata görə, Sarkisyan Dağlıq Qarabağa son səfəri zamanı və Ermənistanın uzaq bölgələrinə səfərlərində vertolyotdan istifadə edib. Üstəlik, onun bortunu iki döyüş vertolyotu müşayiət edir.
"Joqovurd" qəzeti yazır ki, bu , təsadüfi deyil. Çünki Dağlıq Qarabağın keçmiş "müdafiə naziri" Samvel Babayan Gürcüstandan "İqla" zenit raketi gətirdiyi üçün həbs olunub. Onun "yüksək vəzifəli şəxslərin vertolyotunu vurmağı planlaşdırdığı" haqda xəbərlər var. İki il əvvəl isə İrəvanda Sarkisyanın təyyarəsini vurmağı planlaşdıran silahlı qrup həbs edilmişdi.
Ermənistanın dövlət mühafizə Xidmətinin rəisi Qraçya Arutyunyan Sarkisyanın təhlükəsizliyinin gücləndirilməsinin səbəbləri haqda suala belə cavab verib ki, bunlar "sırf standart tədbirlərdir" və Samvel Babayanın həbsi ilə bağlı deyil. "Mən bilmirəm ki, iki döyüş vertolyotunu kim görüb, lakin biz prezidentin təhlükəsizliyindən çıxış edərək belə desək standart protokol tədbirləri həyata keçiririk", - o deyib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub