Valideynlər övladlarının fotolarını çəkərək sosial şəbəkələrdə paylaşmağı çox sevirlər. Avstraliyadakı bir ana da kiçik qızının fotosunu çəkərək Facebook-da paylaşıb. Lakin foto çox böyük qalmaqal yaradıb.
Mynews.az-ın verdiyi məlumata görə, Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 2 yaşlı qızının fotosunu paylaşan qadın Avstraliyanın Viktoriya əyalətində yaşayan Byanka Dikinsondur.
O, Vimmer şəhərinin yaxınlığında yolda avtomobili saxlayıbmış və bu zaman qızı Molli maşından düşərək yol kənarında durub.
B.Dikinson Mollinin fotosunu çəkərək Facebook-dakı profilində paylaşıb.
Foto birmənalı qarşılanmayıb, B.Dikinson sərt tənqid olunub, hətta yaramaz ana adlandırıblar.
Səbəbsə 2 yaşlı Molli yol kənarında durarkən onun yanından dünyanın ən zəhərli ilanlarından biri olan 2 metr uzunluqlu qonur kələzin sürünərək keçməsi olub.
"Fotonu çəkəndə qəhvəyi ilanı yol kənarında küləyin vurub tərpətdiyi budaq sandım. Amma sonradan baxanda dəhşətə gəldim. Sən demə, ilanmış. Çox qorxdum", - B.Dikinson deyib.
Şərq kələzi dünyanın ən zəhərli ilanlarından biri sayılır. Avstraliyada ilan sancmaları ilə bağlı ölümlərin əksəriyyəti bu ilanla bağlıdır.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub