ABŞ prezidenti Donald Trampın Ağ evdə masanın üstündə olan əşyaların dayanmadan yerini dəyişdirdiyi əks olunan video yayılıb. Bu video prezidentin psixi çatışmazlıqdan əziyyət çəkdiyi ehtimalının meydana çıxmasına səbəb olub.
Mynews.az-ın verdiyi məlumata görə, Oxu.Az Rambler.news-a istinadən xəbər verir ki, bu barədə “Daily Mail” nəşri yazır.
Kadrlarda Tramp işgüzar görüşdə dayanmadan masanın üzərindəki əşyaların yerini dəyişir. İnternet istifadəçilərinin çoxu ABŞ prezidentinin obsessiv-kompulsiv psixi çatışmazlıqdan əziyyət çəkdiyini ehtimal edir.
“O, daima hərəkət edir. Siz fikir vermisiniz, o, qarşısında olan hər bir mikrofonu kökləyir”, - “Twitter” istifadəçisi yazıb.
Nəşr qeyd edir ki, Trampın davranışı ilk dəfə deyil ki, diqqət çəkir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub