ABŞ-ın yeni Müdafiə naziri Ceyms Mattisin andiçmə mərasiminə qatılan Tramp ordunun yenidən qurulması barədə fərman imzaladığını açıqlayıb.
“Quduz köpək” ləqəbli Mattisə “Sən doğru zamanın doğru adamısan”, deyən prezident yeni fərmanın Konqresdə böyük məmnunluqla qarşılanacağını bildirib:
“ABŞ Silahlı Qüvvələrinin yenidən qurulmasını nəzərdə tutan bir qərara imza atıram”.
Trampın imzaladığı fərmanın detalları açıqlanmasa da, ABŞ mediası ordunun gücləndiriləcəyini yazıb. Bura ABŞ xüsusi təyinatlı qoşun növlərində qulluq edən hərbçilərin sayının artırılması və nüvə silahlarının modernləşdirilməsi kimi mühüm məsələlər daxildir.
Fərmanda Müdafiə Nazirliyinə İŞİD-lə mübarizə planının hazırlanması üçün 30 gün vaxt verilib.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub