Türkiyədə, Eskişehirdə 44 yaşlı İ.T.-nin hazırda evli olan 22 yaşlı doğma qızı Z.A.-nı zorladığı iddiasıyla məhkəmə hökm oxuyub.
Mynews.az gazetevatan-a istinadən xəbər verir ki, Z.A. 2 il əvvəl polis bölməsinə gedərək, doğma atası İ.T.-nın ona 8 yaşından etibarən təcavüz etdiyini deyib. İ.T. qızının şikayəti sonrası nəzarətə alınıb və məhkəmə qərarı ilə həbs edilib. Eskişehir 1-ci Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan İ.T. ittihamları qəbul etməyərək qızının ona böhtan atdığını qeyd edib.
Atasından şikayətçi olan Z.A. isə "8 yaşımdan 13 yaşıma kimi davamlı olaraq mənlə əlaqəyə girdi. 18 yaşıma çatdıqdan sonra, ona polisə şikayət edəcəyimi söylədim. Bıçaqla təhdid edərək, mənimlə yenidən cinsi əlaqəyə girməyə başladı. Əlaqəyə girmədiyimdə anamı döyürdü" deyib.
Eskişehir 1-ci Ağır Cinayətlər Məhkəməsi heyəti şübhəli İ.T.-ni 45 il həbs cəzasına məhkum edib.
milli.az
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub