Kral Əbdül Əziz adına Universitetin müəllimi Xavazin Mirzə gözlənilməz təkliflə çıxış edib.
Xanım alim Səudiyyə Ərəbistanında Çoxarvadlılıq Akademiyası yaratmaq ideyasını irəli sürüb. Onun layihəsinə görə, qurum kişilərin dərhal 3 arvadla evləndirilməsi ilə məşğul olacaq. Hər üç nikah bir ay ərzində bağlanmalıdır. Ərin yaşı 25-35 arasında olmalıdır. Ancaq bu üçlü nikahın əsas şərtlərindən biri gəlinlərin konkret xüsusiyyətlərə malik olmasındadır. Yəni birinci arvad boşanmış, ikinci arvad dul, üçüncü isə xeyli müddət ərə gedə bilməyən bakirə qız seçilməlidir. Əgər kişi həmin üç qadınla normal ailə həyatı yaşaya biləcəksə, 10 ildən sonra arzu edəcəyi halda Akademiya ona 4-cü arvadı tam pulsuz şəkildə verə bilər.
Xanım doktor hesab edir ki, nikahın bu cür forması bir çox sosial problemləri həll edə bilər. Eyni zamanda bu, həftədə yalnız iki dəfə ərləri ilə bir yerdə olmaq istəyən, yəni ailənin onları ictimai həyatdan uzaqlaşdıracağını hesab edən işgüzar qadınlar üçün də rahat olar.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub